RUVIDEO
Поделитесь видео 🙏

3.Android və Java sıfırdan - Java, Birinci proqramm Hello World смотреть онлайн

📁 Обучение 👁️ 16 📅 05.12.2023

Salam əziz tələbələr!
Bu dərsimizdə biz ilk proqramımızı yazacıq
Bunun üçün bizdə hər şey hazırdı notbukda və İdeanı klikləyirik
Açılan kimi New projekt vururuq
burada next vururuq
Burada da həmçinin next vururuq
Və burada proyektimizə ad verməliyik
Bu bizim birinci proyektimizdir ona görədə ənənəyə sadiq qalaraq gəlin proyektin adını Hello World qoyaq
Və finish edirik
Demək bizim birinci proyektimiz yaradıldı və gəlin baxaq görəy proyekt nələrdən ibarətdir
Əgər sizdə bu pəncərə görsənmirsə onda böyürdə Project düyməsinə vurun və bölmə gələcək
Burada siz qovluq papkaların strukturunu görürsüz və bizi indi yalnız proyektimizin adı olan papka marağlandırır
Hello World
Onu klik edəndə yenədə bir neçə qovluq papka çıxır
Onlardan biri src
Və src-nin içində bütün kod qeyd olunub saxlanılır
Javanın bütün kodları Java Classlarda yazılır
Java Class isə .java formatı kimi yazılmalıdır
Gəlin Hello World yazısını çixardan bizim birinci java Classımızı yaradaq
Bunu üçün src papkasında sağ düyməni basırıq və New Java Class seçirik
Burada isə biz Classımıza ad verməliyik
Ümumiyyətlə Java proqramistləri arasında bir qayda olaraq Classların adı böyük hərflə başlayır
Və ad bir sözdən ibarət deyilsə o zaman hər söz böyük hərflə olmalıdır
Bizim misalda da addakı hər iki söz olacaq HelloWorld böyük hərflərlə
Ok vururuq
Sonra src-ə giririk və HelloWorld classına vururuq
Və gördüyümüz kimi class yaradılmışdır
Gördüyünüz kimi classın adı HelloWorld
Burada public icazə girişinin modifikatorudur. Bu o deməkdir ki bizim classa digər classlardan və ya proqramlardan giriş vardır, yəni görünür
Ümumiyyətlə icazə modifikatorları haqqında daha sonra növbəti dərslərimizdə danışacıq
Sonra açar söz class və daha sonra classın adı və fiqurlu mötərizələr
Bütün java kodlar classın və fiqurlu mötərizələrin içərisində yazılmalıdır
Nəsə edəcək hər bir class özündə main metodu olmalıdır
main metodu haqqında da daha sonra növbəti dərslərimizdə danışacıq
Bizim yaratdığımız classı buraxmaq üçün biz main metodunu əlavə etməliyik
Gəlin əlavə edək
Hələlik mənim kodumu kopyalıyıb qoyun
public yadima düşmüşkən deyim nə isə yazanda İdea bizə yaxın variantları təqdim edir
Onlardan istifadə etmək üçün tab düyməsinə basmaq lazımdır
deməli public static void main və adı mötərizədə yazırıq String 3 nöqtə args və fiqurlu mötərizə açırıq
İndi bütün bunlar bir az çətin mürəkkəb gələ bilir ama sonralar göz alışdıqca hər şey anlaşılan və asan olacaq
Classın solunda play işarəsi yarandı
Bu o deməkdir ki biz indi artıq öz classımızı buraxa bilərik
İndi biz main metodunun içində fiqurlu mötərizələr arasında nəsə yazsaq bu yazdığımız, classı buraxanda çıxacaq
Biz istəyirdik ki buraxılış zamanı konsol HelloWorld kəlməsini bizə çıxartsın
Konsolun bu informasiyanı çıxarması üçün javada standart olaraq System out println əmri vardır
Gəlin yazaq
System . out . println()
Burada qoşa adi mötərizədə istədiyimiz yazını qeyd edirik
HelloWorld
Bu elədiyimiz çağırış metodudur
Hər çağırış metodu nöqtə vergül ilə bitməlidir
Gəlin indisə proyektimizi buraxaq
Bunun üçün classın solundakı play düyməsini və Run HelloWorld.main klikləyirik
Və aşağıda konsolu görürük hansındakı müxtəlif informasiyalar vardır
Və bizim yazdığımız sətir HelloWorld
Sizi təbrik edirəm
Sizin birinci proqramınız hazırdır
Gəlin dərsi ümumiləşdirək
Javadakı bütün kodlar classların daxilində { fiqurlu
mötərizələrin arasında } yazılır
Proqramm buraxılanda hər hansısa kodun işləməsi üçün Proqrama giriş nöqtəsini gıstərmək lazımdır
Bunun üçün lazımı classda
public static void main(String… args){}metodunu əlavə etmək lazımdır
Classların adları böyük hərf ilə başlayır
(HelloWorld)
Metodların adları kiçik hərflər ilə başlayır
(main())
Konsola sətri çıxarmaq üçün
System.out.println(“sətr”); metodu lazımdır
Və Ev tapşırığı:
Yeni class yaradırsız, və bu classınız konsolda
son olaraq ailə üzvlərinizin adlarını çıxardacaq
Bu classa da uyğun ad fikirləşin


Hamıya təşəkkür edirəm,
Növbəti dərsdə görüşənədək

-----------------------------------------------------------------------------------------------------------------
Hamiya salam. Mənim adim Rəşid Əhmədovdur.
Xahiş edirəm aktiv olun Kursun hamiya əlçatan olması üçün bəyənin, rəylərinizi bildirin, kanala abunə olmağı unutmayın.
Kurs tamamilə ödənişsizdir
Ona görə də dəstək olun ki, daha marağlı daha məlumatlı texnologiya aləminə səyahətimiz baş tutsun
Hamıya təşəkkür edirəm!
Əlavə suallar yaranarsa mənimlə əlaqə qurmaq üçün +994702426674 nömrəsinə zəng və ya yaza bilər

Что делает видео по-настоящему запоминающимся? Наверное, та самая атмосфера, которая заставляет забыть о времени. Когда вы заходите на RUVIDEO, чтобы посмотреть онлайн «3.Android və Java sıfırdan - Java, Birinci proqramm Hello World» бесплатно и без регистрации, вы рассчитываете на нечто большее, чем просто загрузку плеера. И мы это понимаем. Контент такого уровня заслуживает того, чтобы его смотрели в HD 1080, без дрожания картинки и бесконечного буферизации.

Честно говоря, Rutube сегодня — это кладезь уникальных находок, которые часто теряются в общем шуме. Мы же вытаскиваем на поверхность самое интересное. Будь то динамичный экшн, глубокий разбор темы от любимого автора или просто уютное видео для настроения — всё это доступно здесь бесплатно и без лишних формальностей. Никаких «заполните анкету, чтобы продолжить». Только вы, ваш экран и качественный поток.

Если вас зацепило это видео, не забудьте взглянуть на похожие материалы в блоке справа. Мы откалибровали наши алгоритмы так, чтобы они подбирали контент не просто «по тегам», а по настроению и смыслу. Ведь в конечном итоге, онлайн-кинотеатр — это не склад файлов, а место, где каждый вечер можно найти свою историю. Приятного вам отдыха на RUVIDEO!

Видео взято из открытых источников Rutube. Если вы правообладатель, обратитесь к первоисточнику.